MAQATE Rəhbərlər Şurası İranla bağlı sərt qətnamə qəbul edibbackend

MAQATE Rəhbərlər Şurası İranla bağlı sərt qətnamə qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurası Britaniya, Fransa və Almaniyanın İranla bağlı təklif etdiyi sərt qətnaməni səsə qoyub.

35 ölkədən 20-si bu sənədi dəstəkləyib, 12-si bitərəf qalıb, 2-si əleyhinə səs verib (Rusiya və Çin). Bir ölkə səs verməyib. Sənədin müəllifləri İrandan MAQATE ilə daha fəal əməkdaşlıq etməyi, o cümlədən İranın iki bəyan edilməmiş obyektində uran hissəciklərinin aşkarlanması hallarının araşdırılması çərçivəsində tələb irəli sürüblər. Onların fikrincə, “İranın nüvə proqramında çox şey nüvə silahı proqramı olmayan bir dövlət üçün görünməmiş bir şeydir”.

MAQATE-nin Rəhbərlər Şurası 2022-ci ilin noyabrında İranın hərəkətlərini tənqid edən son qətnamə qəbul etmişdi. Rusiya və Çin bunun əleyhinə səs vermişdi. İran bu sənədin qəbuluna cavab olaraq öz obyektlərində uranın zənginləşdirilməsi sürətini 60%-ə çatdırmışdı.

//Samir Qurbanov, Editor.az