Bakının mərkəzində yerləşən daha bir ictimai iaşə obyektinin səkini zəbt etməsi vətəndaşların narazılığına səbəb olub.
Patrulaz.az-ın məlumatına görə, Nizami küçəsi 121 ünvanında yerləşən “Maqqaş” adlı kafe piyadalar üçün nəzərdə tutulan səkini tamamilə zəbt edib. Əldə olunan fotoda da açıq şəkildə görünür ki, kafenin ətrafına çəkilmiş taxta konstruksiyalar səkini tam bağlayaraq insanların keçidini çətinləşdirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, o cümlədən Yol Hərəkəti Haqqında Qanuna əsasən, piyadaların sərbəst hərəkəti üçün nəzərdə tutulan səkilərin obyektlər tərəfindən zəbt edilməsi qanunsuzdur və inzibati məsuliyyət yaradır.
Məsələ ilə bağlı aidiyyəti qurumlardan tədbir görülməsi xaiş olunur.
Gülbəniz Səfərova