Marinkada vəziyyət çox çətindir – Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibibackend

Marinkada vəziyyət çox çətindir – Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus işğalçı qüvvələri yerlə-yeksan edilmiş Marinkanı ələ keçirmək istəyirlər.

Editor.az bildirir ki, bunu “Amerikanın Səsi” radiosuna müsahibəsində Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. “Şəhərin kiçik bir hissəsi hələ də Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir, lakin rusların bu qəsəbəni ələ keçirmək istəyi var.

Baxmayaraq ki, hər şeyi olduğu kimi adlandırsaq, qəsəbədən heç nə qalmayıb. Onlar əslində onu tamamilə məhv etdilər. Orada praktiki olaraq salamat qalan bir dənə də olsun struktur yoxdur”, – Danilov bildirib. O, qeyd edib ki, Marinka ərazisində vəziyyət Baxmut yaxınlığında olduğundan daha mürəkkəb və daha çətindir.

“Orada vəziyyət relyefə görə Baxmutla müqayisədə daha pisdir. Ona görə də bir daha vurğulayıram ki, əslində Marinka ərazisində salamat qalacaq tikililər demək olar ki, yoxdur”, – deyib.

//Samir Qurbanov, Editor.az