Mario Dragi: ABŞ və Rusiya danışıqlar masasına oturmalıdırbackend

Mario Dragi: ABŞ və Rusiya danışıqlar masasına oturmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Rusiya Ukraynada müharibəyə son qoymaq üçün danışmalıdırlar.

Editor.az-n məlumatına görə, bu barədə İtaliyanın baş naziri Mario Draqi deyib. ABŞ prezidenti Co Baydenlə görüşdən bir gün sonra Dragi mətbuat konfransında bildirib ki, o və Co Bayden sülhə gedən yolun çox çətin olduğunu başa düşürlər. Lakin hər kəs Rusiya və Ukraynaarasındakı müharibəni dayandırılmasının həll yolunu tapmağa səy göstərməlidir.

Draginin sözlərinə görə, bunun üçün bütün müttəfiqlər, o cümlədən Rusiya və ABŞ masa arxasına oturmalıdır. Xatırladaq ki, BMT-nin baş katibi də müharibəni dayandırmaq üçün Rusiya prezidenti Vladimir Putinlə danışmağın vacib olduğunu bildirib.