“Rusiya qoşunları beş gündür ki, Mariupolu amansızcasına atəşə tutur, onun infrastrukturunu məhv edir. Şəhər istiliksiz, susuz və işıqsız qalıb, xəstəxanalarda üç yüz yaralı var. Lakin ruslar xəstəxanaları da atəşə tutur”.
Editor.az xəbər verir ki, bu sözləri Mariupol meri Vadim Boyçenko Ukrayna telekanallarına verdiyi müsahibədə deyib. Mer qeyd edib ki, vəziyyətin nə zaman sabitləşəcəyi bəlli deyil.
“Mariupol beş gündür qradlar, haubitsalar, təyyarələr tərəfindən məhv edilir. Top atəşləri bu dəqiqə belə dayanmır. Şəhərdə ərzaq və tibbi ləvazimatlar tükənir”-deyə mer qeyd edib.
//Fərrux, Editor.az

