Günlərdir Rusiya ordusu tərəfindən mühasirəyə alınan Mariupol şəhəri Rusiyanın Ukrayna işğalında mühüm yer tutur.
Siyasi ekspertlər Mariupoldakı hadisələri müharibənin növbəti addımı üçün həlledici məqam hesab edir. Mariupol Moskvanın nəzarətində olan ərazilərin cənub və şərqlə birbaşa əlaqələndirilməsi üçün çox vacibdir, əgər bu baş verərsə, çoxlu sayda rus qoşunu birbaşa bu ərazilər arasında gücləndirilə bilər.
Eyni zamanda, Mariupol münaqişəsi başa çatarsa, buradakı çoxlu sayda rus qoşunu başqa bölgələrə köçürülə bilər. Bu, Rusiya prezidenti Vladimir Putinə “simvolik qələbə” elan etməyə imkan verəcək. Beləliklə, Ukrayna üçün isə bu, böyük itki olacaq. Ölkə lideri Vlodimir Zelenski Mariupolu “bugünkü müharibənin ürəyi” kimi xarakterizə edir.
//Gülnarə Abasova, Editor.az

