“Mariupol qəssabı” ləqəbli rus generalın səs yazısı yayıldı – VİDEObackend

“Mariupol qəssabı” ləqəbli rus generalın səs yazısı yayıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Mariupoldakı generalı Mixail Mizintsevin özündən aşağı rütbəli bir hərbçini təhqir etdiyi ortaya çıxıb.

Paylaşılan səs yazısında “Mariupol qəssabı” kimi tanınan Mixail Mizintsevin formasını düzgün geyinməyən aşağı rütbəli bir hərbçini aşağılayır.

“Formasını düzgün geyinə bilməyən əsgərin niyə indiyə qədər qulağı kəsilməyib? Niyə vaxtımı buna sərf edirəm? Bu axmaq niyə hələ də yaşayır?” – deyə, general təhqiredici ifadələr işlədir.

Qeyd edək ki, 2014-cü ildən Rusiya müdafiə mərkəzinə başçılıq edən Mixail Mizintsev, 2017-ci ildə general-polkovnik rütbəsi alıb.

2016-cı ildə Suriyadakı rus ordusunu başçılıq edən Mizintsevin Hələb şəhərində yüzlərlə mülki şəxsi öldürdüyü bildirilir.

Ukrayna rəsmilərinin sözlərinə görə, Mariupoldakı teatr binasının və uşaq evinin bombalanması əmrini də məhz rus general Mixail Mizintsev verib.

“AzPolitika.info” həmin səs yazısını təqdim edir:


AzPolitika.info