Kremlin nəzarətində olan yaraqlılar Rusiyanın Mariupola kimyəvi hücum həyata keçirmək niyyətində olduqlarını gizlətmirlər.
Bu barədə Editor.az “Unian.net”ə istinadən xəbər verir.
Xəbərə görə, qondarma “DXR” xalq milisinin nümayəndəsi Eduard Basurin bildirib ki, “millətçilərin” gizləndiyi iddia edilən Mariupolda “Azovstal” zavodunu ələ keçirmək üçün kimyəvi hücuma əl atmaq lazımdır:
“Orda yeraltı mərtəbələr var, ona görə də bu obyekti hücumla ələ keçirməyin mənası yoxdur. Siz orda çoxlu sayda əsgərinizi yerləşdirə bilərsiniz və düşmən belə itki verməyəcək. Ona görə də indiki məqamda biz bu obyektin bloklanması, bütün çıxış və girişləri tapılması ilə məşğul olmalıyıq. Prinsipcə bunu etmək mümkündür. Və bundan sonra, məncə, kimya qoşunlarına müraciət etmək olar”.
Qeyd edək ki, Rusiya ordusu Mariupolu tam nəzarət altına almağa çalışır. Aprelin 11-də düşmən “Azovstal” zavodu və dəniz limanı ərazilərinə hücumları davam etdirib. Bu şəhərin alınması Ukraynanın Şərqi və Cənubu uğrunda gedən döyüşlərdə ruslar üçün mühüm vəzifədir.
Xatırladaq ki, Mariupolun rus işğalçıları tərəfindən blokadaya başlamasından bəri on minlərlə yerli sakin həlak olub.
//Editor.az

