Mariupolda 210-u uşaq olmaqla, 5 min insan həlak olubbackend

Mariupolda 210-u uşaq olmaqla, 5 min insan həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynanı bombardıman etməsindən ən çox təsirlənən şəhərlərdən biri də Mariupoldur.

Editor.az xəbər verir ki, Mariupol Bələdiyyə sədri  Vadim Boyçenko şəhərdəki son vəziyyət haqqında məlumat verib.

“Mariupolun əhalisi qəsdən məhv edilir. Rusiya ordusunun blokadası altında bir ayda 210-u uşaq olmaqla, 5 min insan həyatını itirib. Rusiyanın terrorçu qüvvələri uşaq xəstəxanasını belə bombalayıblar. Hadisə zamanı 50 nəfər yanıq xəsarəti alıb. 900 nəfər mülki şəxsin sığındığı teatr binası da rusların hədəfində olub.”-Boyçenko bildirib.

  //Editor.az