Mariupolda doğum evinin bombalanması əmrini verən rus generalı kimdir?backend

Mariupolda doğum evinin bombalanması əmrini verən rus generalı kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donetsk vilayətinin Mariupol şəhərinin blokadasına Putin ordusunun general-polkovniki Mixail Mizintsev rəhbərlik edir. Rus hərbçilərinə dram teatrına bomba atmaq, şəhərin dinc əhalinin sığındığı doğum evlərini bombalamaq əmrini də məhz, o verib.

Bu barədə Editor.az “Unian.net”ə istinadən məlumat verir. Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenkonun dediyinə görə, Mizintsev Putinin sevimlisidir. Əvvəllər o, Suriyadakı əməliyyatlara da rəhbərlik edib. 2014-cü ildən Rusiya Federasiyasının milli müdafiəyə nəzarət mərkəzinin direktoru vəzifəsində çalışıb və 2017-ci ildə ona general-polkovnik rütbəsi verilib.

“Doğum evini, uşaq xəstəxanasını, dram teatrını, mülki əhalinin evlərini bombalamağı əmr edən o olub. Suriya şəhərlərini dağıtdığı kimi, Mariupolu da o məhv edir”, – Geraşenko vurğulayıb.
Xatırladaq ki, rus qoşunları artıq Mariupolda 3000-dən çox dinc sakini qətlə yetirib. İnsanları kütləvi qardaşlıq məzarlıqlarında dəfn edilir.

Editor.az