Mariupolda humanitar fəlakət hökm sürürbackend

Mariupolda humanitar fəlakət hökm sürür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uğrunda qızğın döyüşlərin getdiyi Mariupol istiqamətində Rusiya hərbi texnikası karvanının hərəkət etdiyi müşahidə olunur.

Bu barədə Editor.az UNİAN-a istinadən xəbər verir.

Bundan əvvəl isə “Azov” alayının döyüşçüləri martın 1-dən Donetsk vilayətinin Mariupol şəhərindəki vəziyyətdən danışıblar. Onların sözlərinə görə, rus hərbiçiləri həm şəhərin özünü, həm də sakinlərini artilleriya və havadan atəşə tutmaqla amansızcasına məhv edirlər.

Qeyd olunur ki, atəş nəticəsində Mariupola işıq, su və qaz verilişi dayanıb. Heç bir əlaqə yoxdur. Rus qoşunları humanitar konvoyların şəhərə daxil olmasına, mülki şəxslərin isə “yaşıl dəhliz”lə şəhərdən çıxmasına icazə vermirlər. Şəhər humanitar fəlakətin astanasındadır.

//Gülnarə Abasova, Editor.az