Mariupolda vəba təhlükəsi – 10 minlərlə insan ölə bilərbackend

Mariupolda vəba təhlükəsi – 10 minlərlə insan ölə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya tərəfindən ələ keçirilən Mariupoldan əhalinin tam olaraq təxliyəsi təşkil edilməzsə, on minlərlə insanın vəba epidemiyasından ölməsi təhlükəsi var”.

Editor.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Mariupol Şəhərinin Şurası açıqlayıb.

Məlumata görə, dağıdılmış şəhərdə hazırda mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya işləmir, küçələr tullantı və natəmizliklə doludur, dağıntılar altında qalan cəsədlər isə havanın isti olması səbəbindən daha sürətlə çürüməyə başlayıb.

Bildirilir ki, şəhərdə dərman çatışmır, xəstəxanalar dağıdılıb.

Şəhər Şurası bütün bu cəhətləri nəzərə alaraq, şəhərdə vəba epidemiyasının yarana biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Məmurlar belə hesab edir ki, humanitar dəhlizlərin yaradılması və əhalinin tam olaraq təxliyəsi ilə bağlı beynəlxalq missiya ilə şəhəri xilas etmək olar.

Facebook Notice for EU! You need to login to view and post FB Comments!