Mariupoldan təxliyyə üçün Qırmızı Xaç karvanı yola düşübbackend

Mariupoldan təxliyyə üçün Qırmızı Xaç karvanı yola düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırmızı Xaç Komitəsi Mariupolda humanitar evakuasiya dəhlizi yaratmaq üçün fəaliyyət göstərir.

Editor.az “BBC Türkçe” yə istinadən xəbər verir ki, mülki şəxslərin çıxarılması üçün təhlükəsizlik zəmanəti verildiyi deyilsə də, şəhər rəsmiləri hələ də giriş və çıxışın böyük təhlükə yaratdığını iddia edirlər.

Reuters xəbər agentliyinə danışan Mariupol merinin müavini bunun evakuasiya fəaliyyəti üçün çox təhlükəli olduğunu bildirib. Qırmızı Xaç karvanına iki yardım maşını və beş dəstək maşını daxildir. Əsas yardımdan əlavə, Qırmızı Xaç 40 avtobusdan ibarət yardımın da şəhərə gətirməyə çalışır.

Ancaq bəzi məlumatlara görə, yardımların bir hissəsi yolda rus əsgərləri tərəfindən talan edilib. Bildirilir ki, az sayda avtobus qarşıdurmalardan qaçan mülki vətəndaşları götürüb Zaporojyaya qayıda bilib. Bildirilir ki, Qırmızı Xaç hər iki tərəfdən təhlükəsizlik zəmanəti olmadan şəhərə girməyəcək.

“BBC News”un xəbərinə görə, kiçik karvan Mariupola doğru gedir. On minlərlə dinc sakinin hələ də şəhərdə qapalı vəziyyətdə olduğu iddia edilir.

//Gülnarə Abasova, Editor.az