Müharibə başlayandan bəri Rusiya tərəfindən mühasirəyə alınan liman şəhəri Mariupolda 10 mindən çox dinc sakin həlak olub.
Editor.az xəbər verir ki, bu barədə Mariupolun meri Vadim Boyçenko Amerikanın “Associated Press” xəbər agentliyinə danışıb.
“Cəsədlər Mariupol küçələrində xalça kimi yerə düzülüb. Ruslar cəsədləri toplayaraq nəhəng bir ticarət mərkəzinin qarderoblarında saxlayırlar. Yük maşınları isə az qala səyyar krematoriyaya çevrilib. Cəsədlər orada yandırılır”,- Boyçenko deyib.
Boyçenko həmçinin bildirib ki, Mariupolda hələ də 120 min dinc sakin var və onların təcili şəkildə qida, su və dərmana ehtiyacı var.
//Gülnarə Abasova, Editor.az

