Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində diplomatik missiya binasının mühafizə rəisinin öldürülməsinə münasibət bildirib.
Editor.az bu barədə Rusiya mənbələrinə istiandən məlumat verir. Zaxarova deyib: “Azərbaycan səfirliyinə növbəti hücum zamanı bir təhlükəsizlik əməkdaşının həlak olması bizi sarsııdıb. Azərbaycanlı həmkarlarımıza başsağlığı və dəstəyimizi bildiririk”, – Zaxarova Telegram kanalında bildirib.
O əlavə edib ki, Rusiya Xarici İşlər Nazirliyi daha sonra bu məlumatı geniş formada şərh edəcək. Xatırladaq ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücum bu gün səhər saatlarında həyata keçirilib. Binanın mühafizə xidmətinin rəhbəri hücumun qurbanı olub, daha iki nəfər yaralanıb.
//Samir Qurbanov, Editor.az

