Mariya Zaxarova: Ermənistan hakimiyyəti Rusiyaya qarşı münasibətlərdə düşmənçilik toxumları səpirbackend

Mariya Zaxarova: Ermənistan hakimiyyəti Rusiyaya qarşı münasibətlərdə düşmənçilik toxumları səpir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Ermənistanın informasiya məkanı Rusiya haqqında birtərəfli və mənfi mesajlar yaymaqla məşğuldur. Onun sözlərinə görə, bu, “hər iki tərəfi qane edə bilməz”.

Editor.az xəbər verir ki, diplomat bu barədə İrəvanda Rusiya-Ermənistan Media Forumunda çıxışı zamanı müvafiq bəyanatla çıxış edərkən bildirib. “Düşünürəm ki, Ermənistanın informasiya məkanında son vaxtlar Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı birtərəfli, neqativ və çox vaxt həqiqətə uyğun olmayan məlumatların yayılmasına dair açıq tendensiya nə sizi, nə də bizi qane edə bilməz”, – Mariya Zaxarova deyib.

O, vurğulayıb ki, rəsmi Moskva erməni xalqının bütün bəlalarına görə Rusiyanı ittiham etməklə Rusiya Federasiyası ilə Ermənistan arasında düşmənçiliyi qızışdırmaq cəhdlərini qəbuledilməz hesab edir.

Zaxarova Ermənistanda Qərbyönlü gündəmi təbliğ edən media strukturlarının sayının artmasına diqqət çəkib, üstəlik, “tənqid etmək deyil, KTMT və AAİB də daxil olmaqla ümumi dövlətlərarası mexanizmlərimizə çirkab səpir”.

Zaxarova daha sonra qeyd edib ki, Ermənistan tərəfinin qanun pozuntusuna yol verməyən bir sıra rusiyalı şəxslərin qara siyahıya daxil edilməsi də Rusiya ilə Ermənistanın qarşılıqlı fəaliyyətinə xələl gətirir.

//Samir Qurbanov, Editor.az 

Facebook Notice for EU! You need to login to view and post FB Comments!