Mariya Zaxarova Estoniya baş nazirinin axtarışa verilməsi haqqında: Bu yalnız başlanğıcdırbackend

Mariya Zaxarova Estoniya baş nazirinin axtarışa verilməsi haqqında: Bu yalnız başlanğıcdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya daxili İşlər Nazirliyi Estoniyanın baş naziri Kaja Kallas və ölkənin dövlət katibi Taimar Peterkopu axtarışa verib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova qərarı şərh edib. O, bildirib ki, “bu, yalnız başlanğıcdır”.

Editor.az bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bu barədə Telegram kanalında yazıb. “Dünyanı nasizmdən və faşizmdən azad edənlər yaddaşa qarşı cinayətlərə görə cavab verməlidirlər!

Bu isə yalnız başlanğıcdır”, – Zaxarova yazıb. Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasına əsasən, Litvanın Mədəniyyət Nazirliyinin rəhbəri Simonas Kairis və Latviya Seyminin bir neçə üzvü də axtarışdadır. Cinayət işi Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsində aparılır.

Kreml avropalı məmurların axtarışa verilməsinin səbəblərini tarixi yaddaşa qarşı təhqirlər, habelə Rusiyaya qarşı düşmənçilik olduğunu bildirib.

//Samir Qurbanov, Editor.az