Mariya Zaxarova Moldova prezidentini “tarixin zibilliyinə göndərmək”lə hədələdibackend

Mariya Zaxarova Moldova prezidentini “tarixin zibilliyinə göndərmək”lə hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moldovada Georgi lentinə qadağa tətbiq edilməsinə münasibət bildirib. O, bunu xəyanət adlandırıb və Kişinyovu “qarşıdurma ritorikasından” əl çəkməyə çağırıb.

Bu barədə Editor.az “Kommersant”a istinadən xəbər verir. “Bir daha Kişinyovu Rusiya-Moldova əməkdaşlığına ziyan vuran qarşıdurma ritorikasından əl çəkməyə çağırırıq. Yoxsa cavab verərik və bu cavab çox ağrılı olacaq. Bu bizim seçimimiz deyil. Biz belə ritorikanı dəstəkləmirik, lakin bu günlərdə Kişinyovdan eşitdiyimiz bəyanatları da cavabsız qoymayacağıq”, – deyə xanım Zaxarova bildirib.

Qeyd edək ki, Moldova Prezidenti Maya Sandu Müqəddəs Georgi lentinin, “V” və “Z” rəmzlərinin daşınmasına qadağa qoyan qanunu imzaladıqdan sonra deyib ki, müharibə simvollarının yeri “tarixin zibilliyində, məhv və ölümün barbar simvollarının yanındadır”. Xanım Zaxarova hesab edir ki, bu cür bəyanatlar verən şəxsin özünü “tarixin zibilliklərinə göndərəcyik”. “Bu, yolverilməzdir, bu, qəhrəmanların xatirəsinə təhqirdir… Onların şücaətlərinin üstündən xətt çəkmək bugünkü ayrı-ayrı ölkə siyasətçilərinin işi deyil”, – o əlavə edib. Məlum olduğu kimi, xanım Sandu aprelin 19-da “müharibə təbliğatı” simvollarından istifadəni qadağan edən qanunu imzalayıb. Bunlara “V” və “Z” hərfləri, eləcə də “iki rəngli qara və narıncı lent” daxildir.