Səbəbindən asılı olmayaraq Ermənistanın Azərbaycanla danışıqları dondurması heç bir nəticə verməyəcək, əksinə, yalnız Cənubi Qafqazda sülhün bərqərar olmasını təxirə salacaq.
Editor.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Mariya Zaxarova xatırladıb ki, üçtərəfli bəyanata əsasən, Moskva Azərbaycan və Ermənistan arasında müharibədən sonrakı nizamlanma üçün ardıcıl tədbirlər görür. O, Rusiya Müdafiə Nazirliyi və sülhməramlıların Xarici İşlər Nazirliyi ilə birlikdə Laçın yolunda yaranmış vəziyyətlə bağlı fəal səylər göstərdiyini qeyd edib, dekabrın 12-dən indiyədək 2,5 tondan çox humanitar yük çatdırılıb.
Diplomat izah edib ki, vəziyyətin gərginlik dərəcəsindən asılı olmayaraq, belə bir bəhanə ilə danışıqların dayandırılması əks effekt verir. Zaxarova diqqəti belə bir davranışın heç bir şəkildə tərəfləri yaxınlaşdırmadığı, əksinə, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasını gecikdirdiyinə yönəldib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əmin edib ki, Moskva Ermənistanla Azərbaycan arasında sərhəddə dəhlizlərin açılması üzrə üçtərəfli işçi qrupunun və komissiyanın yeni görüşlərinin keçirilməsi üçün əlindən gələni etməyə hazırdır. Bundan əlavə, Rusiya tərəfi xarici işlər nazirləri səviyyəsində sülh sazişi üzrə danışıqların təşkilinə köməklik göstərəcək.
//Samir Qurbanov, Editor.az