Mariya Zaxarova: nüvə müharibəsinə yol vermək olmazbackend

Mariya Zaxarova: nüvə müharibəsinə yol vermək olmaz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya nüvə müharibəsinin yolverilməzliyi prinsipinə sadiqdir və belə bir müharibə heç vaxt başlamamalıdır.

Editor.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı keçirilən brifinqdə deyib. “Rusiya Federasiyası nüvə müharibəsinin yolverilməzliyi prinsipinə tam sadiqdir. Biz bunu dəfələrlə demişik və bir daha təsdiq edirik. Belə müharibədə qaliblər olmur və onu heç vaxt açmaq olmaz”.

Zaxarova həmçinin bildirib ki, “nüvə ritorikasının” dərəcəsi “NATO mərkəzli strukturlar, NATO mərkəzli ölkələr və informasiya sahəsində onların maraqlarına xidmət edənlər” tərəfindən artırılır. “Biz nüvə ritorikasına həsr olunmuş bu dəhşətli diskursda iştirak etmək niyyətində deyilik”, – Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi deyib və əlavə edib ki, o, “bu mövzuda doktrinal sənədləri” oxumayacaq, çünki ölkəmizin əvvəlki mövqeyi hər hansı bir dəyişikliyə məruz qalmayıb”.

  //Samir,Editor.az