Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Rusiyaya qarşı yeni sanksiyalarla bağlı açıqlamalarına münasibət bildirib. Diplomatın sözlərinə görə, Qərbin sanksiyalardan başqa” aləti” qalmayıb.
Editor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Telegram kanalında yazıb “…Və onların başqa heç nələri yoxdur. Hə, az qala unutdum: bir də qəzəbləri, çox qəzəbləri, çox qəzəbləri var” – Zaxarova deyib. Xatırladaq ki, Fransanın xarici işlər naziri Ketrin Kolonna bir müddət əvvəl Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaların yeni, o cümlədən fərdi tətbiqi variantları olduğunu bildirmişdi. Qeyd edək ki, bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Josep Borrell Avropa İttifaqına üzv ölkələrin vətəndaşlarının anti-Rusiya sanksiyaları məhdudiyyətlərindən yorulduğunu, eləcə də qarşıdan gələn qışla bağlı narahatlıqlarını etiraf etmişdi. Diplomat “sanksiya siyasətinin zəruriliyini” avropalılara izah edəcəyinə söz verib.
//Samir,Editor.az

