Mariya Zaxarova: Qərb Ukraynaya xəyanət etdibackend

Mariya Zaxarova: Qərb Ukraynaya xəyanət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərbin Ukraynaya xəyanət etdiyini və Ukrayna xalqının etibarından istifadə etdiyini, ukraynalıların Qərbə güvəndiyini və xalqı kinli şəkildə aldatdığını bildirib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova təəccüblü açıqlamalar verib.

Zaxarova paytaxt Moskvada cari məsələlərlə bağlı həftəlik mətbuat konfransı keçirib.

Rusiya ilə Ukrayna arasında gizli sülh danışıqlarının aparıldığı və İngiltərənin Rusiya ilə sülh danışıqlarında Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiq göstərdiyi iddiaları ilə bağlı sualı cavablandıran Zaxarova bu mövzuda heç bir məlumatı olmadığını bildirib.

Zaxarova deyib: “Bu, Qərbdəki bəzi elit qrupların gizli istəyi ola bilər. Bəlkə bununla sülh prosesini təşviq etmək istəyirlər. Ola bilsin ki, özlərini sülhməramlı tərəf kimi təqdim etmək üçün informasiya mühitində əsaslandırma yaratmaq niyyətindədirlər”.

Qərb ölkələrinin, xüsusən də ABŞ və Böyük Britaniyanın Kiyev rəhbərliyinə Rusiya ilə sülh danışıqlarını davam etdirməsini qadağan etdiyini iddia edən Zaxarova vurğulayıb:

“Onlar (Qərb ölkələri) Ukrayna məsələsinin bitməsini istəmirlər. Onlara bu hekayənin hansısa formada davam etməsi lazımdır. AntiUkrayna kampaniyasının arxasında duran Rusiya və Anqlosakson dueti çevrilişlər etməklə bu münaqişələri qızışdırıb, sonra isə imkan vermədilər. Ukrayna danışıqlar yolu ilə getməlidir. Hamı başa düşür ki, Qərb Ukrayna xalqının etimadını həyasızcasına istifadə edərək, Ukraynaya xəyanət edib. Onlar (ukraynalılar) Qərbə etibar ediblər. Qərb isə onları həyasızcasına aldadıb”.

Səbinə Hüseynli