Mariya Zaxarova: Rusiya və Azərbaycan arasında imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə tarixi sənəddirbackend

Mariya Zaxarova: Rusiya və Azərbaycan arasında imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə tarixi sənəddir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Azərbaycanın 2022-ci ilin fevralında imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında bəyannaməsi tarixi sənəddir. Editor.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O qeyd edib ki, sənəddə Moskva ilə Bakı arasında münasibətlərin yeni keyfiyyətdə olması vurğulanır. Xüsusən də müxtəlif sahələrdə əməkdaşlığın yeni istiqamətləri göstərilir və sənədin müddəalarının həyata keçirilməsi üzrə işlər davam etdirilir.

Bundan əlavə, diplomat əlavə edib ki, ölkələr arasında bəyannamənin imzalanmasının ildönümü münasibətilə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Qeyd edək ki, Rusiya və Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamə 2022-ci il fevralın 22-də Moskvada prezidentlər Vladimir Putin və İlham Əliyev tərəfindən imzalanıb. Sənədin imzalanması ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ hesab edilir.

  //Samir Qurbanov, Editor.az