Mariya Zaxarova Ukrayna xarici işlər nazirliyinə bir məşhur atalar sözü ilə cavab verdibackend

Mariya Zaxarova Ukrayna xarici işlər nazirliyinə bir məşhur atalar sözü ilə cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Rusiyanı BMT-dən (BMT) çıxarmaq çağırışlarına cavab verməyə ehtiyac yoxdur.

Editor.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik radiosunun efirində deyib. Bununla bağlı diplomat məşhur bir atalar sözünü xatırladıb: “Heç nə etmək lazım deyil. İt hürər, karvan keçər”, – deyə Zaxarova jurnalistin müvafiq sualını cavablandırıb.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Kiyevdən gələn bu cür çağırışları tarixi mahiyyətdən, məntiqdən və hətta onların nəyə gətirib çıxara biləcəyini anlamadan “ağrılı bəyanatlar” adlandırıb. Qeyd edək ki, bir müddət öncə Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanı BMT-dən xaric etməyə çağırıb. Ukrayna nazirliyi həmçinin bəyan edib ki, Rusiya “təşkilatın nizamnaməsindən yan keçməklə” BMT Təhlükəsizlik Şurasının daimi üzvü yerini tutub.

  //Samir Qurbanov, Editor.az