Mariya Zaxarovadan Ermənistana sət xəbərdarlıq: NATO ilə yaxınlaşmazdan əvvəl bunun nəticələri barədə düşünmək lazımdırbackend

Mariya Zaxarovadan Ermənistana sət xəbərdarlıq: NATO ilə yaxınlaşmazdan əvvəl bunun nəticələri barədə düşünmək lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya diplomatiyasının rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-nun Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolominin Ermənistanın xarici siyasətinin alyansla yaxınlaşmağa yönəldiyi barədə bəyanatını şərh edib.

O, bildirib ki, Atlantik bloku ilə yaxınlaşmazdan əvvəl bunun nəticələri barədə düşünmək lazımdır. Diplomat NATO ilə yaxınlığın nəyə gətirib çıxara biləcəyini də açıqlayıb. O qeyd edib ki, NATO ilə yaxınlıq münaqişələrə, suverenliyin itirilməsinə və öz milli maraqlarını həyata keçirmək imkanının olmamasına səbəb ola bilər.

“Biz artıq görmüşük ki, NATO ilə yaxınlıq nəyə gətirib çıxarır – münaqişələrə qarışmaq, suverenlik və müstəqilliyi itirmək, sözün hər mənasında və bütün sahələrdə iradənin başqasının planlarına tabe olmaq, ən əsası isə öz milli maraqlarını həyata keçirmək imkanlarının olmaması deməkdir”, – Mariya Zaxarova deyib.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Ermənistana xəritəyə baxmağı və onun harada olduğunu görməyi tövsiyə edib. Onun sözlərinə görə, İrəvan öz milli maraqlarını anlamalı, faydaları təhlil etməli və bundan çıxış etməlidir.

//Samir Qurbanov, Editor.az