Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məşhur teleaparıcı İradə Zeynalovanın Rusiya Federasiyasının Mavrikiydəki səfiri təyin olunmasının səbəbini açıqlayıb.
Öz Telegram kanalında Zaxarova xatırladıb ki, Zeynalova yalnız jurnalist deyil. O, Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında ikinci ali təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Zeynalovanı Rusiyanın Mavrikiy Respublikasına fövqəladə və səlahiyyətli səfiri təyin edib.Bir müddət əvvəl o, televiziyadakı karyerasını başa vuracağı bildirilirdi. Aparıcı 1997-ci ildən televiziyada çalışır.
//Samir Qurbanov, Editor.az