Mark Milley: Ukraynaya qoşun göndərmək üçün hələ heç bir plan yoxdurbackend

Mark Milley: Ukraynaya qoşun göndərmək üçün hələ heç bir plan yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley ABŞ-ın Ukraynaya qoşun yeritmək planının olmadığını və qərarı prezident Co Baydenin verəcəyini bildirib.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, Ukrayna Müdafiə Təmas Qrupunun ikinci iclasından sonra keçirilən mətbuat konfransında danışıb.

“Günün sonunda ABŞ qüvvələrinin yenidən Ukraynaya daxil olması üçün prezident qərarı tələb olunacaq. Müdafiə Nazirliyi Ukrayna ilə bağlı fəaliyyət planları hazırlayır, lakin heç biri hələ müdafiə naziri Ostinə təqdim edilməyib”,- Milley deyib.

Qeyd edək ki, bazar ertəsi səhər saatlarında ABŞ mediası Baydenin ABŞ-ın Kiyevdəki səfirliyini qorumaq üçün Ukraynaya xüsusi əməliyyat qüvvələri göndərmək qərarını nəzərdən keçirdiyini yazmışdı.

//Gülnarə Abasova, Editor.az