Rusiya diktatoru Vladimir Putin danışıqlar masasına oturmağa razılıq verməsə, ABŞ və Avropa tərəfindən “tədbirlər görüləcəyinə” hazır olmalıdır.
“Sueddeutsche Zeitung” yazır ki, bu barədə dövlət katibi Marko Rubio Almaniyanın xarici işlər naziri Yohan Vadeful görüşdən sonra bildirib. Nəşr bildirir ki, Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri ilk səfərini ABŞ-a edib və orada dövlət katibi Rubio ilə görüşüb. Vadefulun bu səfəri həm də Almaniya kansleri Fridrix Merzin Vaşinqtona səfərini hazırlamaq məqsədi daşıyıb.
Digər məsələlərlə yanaşı, Vadeful və Rubio arasında danışıqların mövzusu Ukraynadakı müharibəyə son qoymaq olub. Almaniyalı nazir deyib ki, “dərhal atəşkəs haqqında razılaşma var” və Ukrayna buna hazırdır, Rusiya isə yox.
“Buna görə də biz bu gün razılaşdıq ki, növbəti addımları yaxından əlaqələndirəcəyik ki, Putin nəhayət danışıqlar masasına əyləşə bilsin”, – Vadeful bildirib. O, Rubionun onunla söhbətində “Putin bundan imtina etsə, tədbirlər görüləcək” və Rusiya hökmdarı “bunun üçün hazır olmalıdır” sözlərini sitat gətirib.
//Samir Qurbanov, Editor.az