Marko Rubio və Keyt Kelloq Donald Trampdan Vladimir Putinə qarş daha sərt olmağı tövsiyə edirbackend

Marko Rubio və Keyt Kelloq Donald Trampdan Vladimir Putinə qarş daha sərt olmağı tövsiyə edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“The Wall Street Journal” ABŞ administrasiyasındakı mənbələrə istinadən yazıb ki, ABŞ prezidenti Donald Trampın bir neçə yüksək rütbəli köməkçisi ona Moskvanın Ukrayna ilə sülh əldə etmək istəyinə şübhə ilə yanaşmağı tövsiyə edir.

Onlar bildiriblər ki, Rusiya prezidenti Vladimir Putin hələlik döyüşlərin dayandırılmasında heç bir səmimi maraq göstərməyib.

Xüsusilə, dövlət katibi Marko Rubio və Ukrayna üzrə xüsusi nümayəndə Keyt Kelloqun da daxil olduğu qrup Rusiya prezidenti ilə münasibətlərdə daha ehtiyatlı olmağı və Moskvanın Kiyevdən ərazi güzəştləri tələbləri ilə bağlı daha sərt mövqe tutmağı tövsiyə edib. Bununla belə, nəşrin mənbələrinə görə, ABŞ prezidenti Vladimir Putinin sülhə nail olmaq istədiyinə inanan xüsusi nümayəndə Stiv Vitkovu hələ də dəstəkləyir.

//Samir Qurbanov, Editor.az