Marko Rubio Vladimir Zelenskinin Krımla bağlı sözlərindən sonra Londona səfərini ləğv edibbackend

Marko Rubio Vladimir Zelenskinin Krımla bağlı sözlərindən sonra Londona səfərini ləğv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Marko Rubio Ukrayna prezidenti Vladimir Zelenskinin Krımı Rusiya kimi tanımaqdan imtina etməsinə dair sözlərindən sonra Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların aparılacağı Londona səfərini ləğv edib.

Editor.az bildirir ki, bu barədə “The New York Times” məlumat yayıb. Böyük Britaniya paytaxtında görüş bu gün, aprelin 23-də baş tutacaq. ABŞ-ı Ukrayna üzrə xüsusi elçi Keyt Kelloq təmsil edəcək. Dövlət Departamentinin sözçüsü Tammy Bruce Rubionun qərarını onun iş qrafikinin çox olması ilə əlaqələndirib.

“Bu, onun cədvəlindəki texniki məsələlərə aiddir”, – mətbuat katibi əmin edib. “The Wall Street Journal” isə yazıb ki, Parisdə Avropa və Amerika rəsmiləri ilə danışıqlar zamanı Ukraynaya ABŞ-ın sülh yolu ilə nizamlanması üçün hazırladığı təklif təqdim edilib. Bu, Rusiyaya qarşı iki əsas tələbi ehtiva edir: Krımın Rusiya Federasiyasına məxsusluğunun tanınması və NATO-ya üzv olmaqdan imtina.

Zelenski atəşkəs qüvvəyə minən kimi Rusiya ilə danışıqlara açıq olduğunu, lakin “Ukraynanın Krımın işğalını hüquqi olaraq tanımadığını” deyib.

//Samir Qurbanov, Editor.az