Markos ailəsi Filippində yenidən hakimiyyətdəbackend

Markos ailəsi Filippində yenidən hakimiyyətdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippində 67.5 milyon insan yeni prezidenti seçmək üçün səsvermədə iştirak edib.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, yerli vaxtla saat 06:00-da başlayan səsvermə prosesi başa çatdıqdan sonra nəticələr açıqlanıb. Ölkəni 21 il idarə edən keçmiş diktator Ferdinand Markosun oğlu Ferdinand Bonqbonq Markos 58,92 faiz səslə prezident seçkilərində qalib gəlib.

Markosun seçkilərdə ən yaxın rəqibi olan vitse-prezident Leni Robredo isə 28.11 faiz səslə ondan geridə qalıb.

Qeyd edək ki, Filippində xalq prezidentdən başqa, 24 üzvdən ibarət Senatın 12 üzvünün, Nümayəndələr Palatasının üzvlərinin, həmçinin arxipelaqdakı dövlət və yerli idarələr də daxil olmaqla, 18 mindən çox məmurun seçilməsi üçün səs verib.

//Nəzərbəy, Editor.az