Marneuli sakinləri Ruslan Hacıyevə qarşı-Deputatın mer olmaq arzusu baş tutmaya bilərbackend

Marneuli sakinləri Ruslan Hacıyevə qarşı-Deputatın mer olmaq arzusu baş tutmaya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Marneuli Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə Azərbaycanlı siyasətçi Ruslan Hacıyev seçilə bilər. Editor.az Diasporpress.az-a istinadən xəbər verir ki, öncə Ruslan Hacıyevin namizədliyi partiya tərəfindən dəstəklənməyib. Lakin müəyyən müzakirələrdən sonra azərbaycanlıların kompakt yaşadıqları bölgələrdən azərbaycanlı namizdələrin irəli sürülməsi barədə qərar qəbul olunub.

Məlumata görə Ruslan Hacıyev mer seçilməyə iddialı olsa da, onun azərbaycanlılar arasında nüfuzu xeyli aşağı qiymətləndirilir. Buna səbəb kimi onun deputat olduğu zaman öncədən verdiyi vədlərə əməl etməməsi və millət vəkilli kimi uğursuz fəaliyyəti göstərilir.

Məlumatlı mənbə iddia edir ki, yerli əhali Ruslan Hacıyevin mer olmasına qarşıdır və hakim partiya onun namizədliyini irəli sürdüyü tədqirdə Marneulidə ciddi etirazlar baş qaldıracaq.

Xatırladaq ki, hazırda Marneuli şəhərinin meri vəzifəsini Zaur Darğallı tutur.

Qeyd edək ki, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası oktyabr ayında keçiriləcək parlament seçkilərində Marneulidən Zaur Darğallının majoritar namizədliyini təqdim edib.