Erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyan Sibir üzərində nüvə bombasını partlatmağa çağırıb.
O bildirib ki, əgər Sibir üzərində termonüvə partlayışı baş verərsə, o zaman guya “nüvə qışı olmayacaq və heç kim xərçəngdən ölməyəcək, lakin bütün radioelektronika və bütün peyklər sıradan çıxacaq”.
Təbliğat nəşri olan RT-nin baş redaktorunun sözlərinə görə, o zaman “93-cü ildəki kimi simli telefonlara qayıdacağıq”. “Biz çox gözəl yaşayacaqdıq və hamı xoşbəxt olacaqdı.
Çünki o zaman uşaqlara niyə hamıda qadcetləri olduğunu, onlarda olmadığını izah etməli olmayacağam”,- Simonyan deyib. Onun sözlərinə görə, bu seçim qalır və o, “ən humanist bir şey olacaq”.
“Mən bundan başqa heç bir nəticə görmürəm, istəsəm də, istəməsəm də”,- deyə təbliğatçı əlavə edib.
//Samir Qurbanov, Editor.az