Marqarita Simonyana qarşı soyqırıma çağırış maddəsi üzrə yeni ittiham irəli sürülübbackend

Marqarita Simonyana qarşı soyqırıma çağırış maddəsi üzrə yeni ittiham irəli sürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) qiyabi olaraq RT telekanalının baş redaktoru Marqarita Simonyana qarşı dörd maddə üzrə yeni ittiham irəli sürüb.

Media meneceri soyqırıma çağırışda, Ukraynanın ərazi bütövlüyünə qəsd etməkdə, silahlı münaqişəni təbliğ etməkdə və Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatına haqq qazandırmaqda ittiham olunur.
Editor.az SBU Telegram kanalına istinadən bildirir ki, Marqarita Simonyan 2023-cü ilin dekabrında “ictimai olaraq ukraynalı uşaqların kütləvi şəkildə öldürülməsinə çağırıb”, “Ukraynanın mülki infrastrukturuna raket və bomba hücumlarının davam etdirilməsi üçün dəfələrlə kampaniya aparıb”.

Bundan əlavə, Simonyanın Telegram-da və Rusiya telekanallarında “mütəmadi olaraq Kreml hekayələrini yaydığı” iddia edilib. Bu, Ukrayna hakimiyyəti tərəfindən Simonyana qarşı ilk ittihamlar deyil. 2022-ci ilin martında Ukraynada Marqarita Simonyan Ukraynanın “hakimiyyəti zorla ələ keçirmək” və ya “sərhədlərinin dəyişdirilməsi” məqsədi ilə törədilən hərəkətləri maliyyələşdirməkdə ittiham olunub.

//Samir Qurbanov,Editor.az