PSJ-yə keçdikdən bəri tənqid hədəfi olan Messinin müdafiəsinə komanda yoldaşı Marqunios qalxıb. Editor.az-ın Türkiyənin “Sporx” sayıtına istinadən verdiyi məlumata görə, fransız dayaq yarımmüdafiçisi Messinin Paris klubuna transferindən sonra həyatında dəyişikliklərin olduğunu bildirib.
O qeyd edib ki, Messi “Barselona”dan sonra hələ indi-indi özünə gəlir: “Artıq o özünü məşqlərdə və oyunlarda rahat hiss edə bilir. Biz Mbappe və Messi üçün ən yaxşı şəraiti yaratmağa çalışırıq”
Xatırladaq ki, Lionel Messi Paris klubunda forma geyindiyi 23 oyunda 7 qola, 10 məhsuldar ötürməyə nail olub.
//Fərrux, Editor.az

