“Marsel”lə oyun öncəsi “Qarabağ” üçün mühüm xəbərbackend

“Marsel”lə oyun öncəsi “Qarabağ” üçün mühüm xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” klubunun UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel” əsas hücumçusunu itirə bilər.

Editor.az Offsideplus.az-a istinadən xəbər verir ki, Fransa təmsilçisinin əsas forvardı Arkadiuş Milik Fransanı tərk etməyə hazırlaşır.

Belə ki, polşalı futbolçu “Yuventus”un maraq dairəsindədir.

“Qoca sinyora” 27 yaşlı oyunçunu qış transfer dönəmində heyətinə qatmq istəyir.

Qeyd edək ki, UEFA-nın rəsmi saytı “Qarabağ”ın “Marsel”lə ilk oyununu 2022-ci il fevralın 17-də “Marsel” stadionunda, cavab görüşünü isə fevralın 24-də Respublika stadionunda təşkil olunacağını açıqlayıb.