Marsel Tisserand “Udineze” yolundabackend

Marsel Tisserand “Udineze” yolunda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul nəhəngi “Fənərbaxça”nın heyətində mübarizə aparan Marsel Tisserandla İtaliyanın “Udinize” klubunun maraqlandığı barədə xəbər vermişdik. Editor.az “sporx” a istinadən xəbər verir ki, artıq Demokratik Konqodan olan futbolçunun heyətdə olmayacağı dəqiqləşib. İtaliya mətbuatının məlumatına əsasən “Udinize” Marsel Tisserand üçün 3-5 milyon avro arası pul ödəməyə hazırdır.

Qeyd edək ki, Marsel Tisserand 2020-ci ildə Almaniyanın “Volsburq” klubundan “Fənərbaxça”ya böyük ümidlərlə transfer olunmuşdu. Ancaq o, klubda heç cür möhkəmlənə bilmədiyi kimi yeni baş məşqçisinin də diqqətini çəkə bilmədi.

//Nəzərbəy Hacıağayev, Editor.az