Marselo “Real Madrid”ə vida edirbackend

Marselo “Real Madrid”ə vida edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real Madrid”in kapitanı Marselo həyatının böyük hissəsini 16  mövsüm çıxış etdiyi kluba ayırdığını bildirib.

Editor.az “sporx” a istinadən xəbər verir ki, o UEFA Çempionlar Liqasının finalında mükafatları təqdimetmə mərasimində azərkeşlərə səslənib.

“Həyatımın ən mükəmməl anıdır. Dünyanın ən yaxşı klubuna bir dönəmi bitirirəm. Bu gün kədərli deyiləm. Çox sevincliyəm. Çünki dünyanın ən böyük turnirində qalib olduq. Özüm və ailəmlə qürur duyuram. “Madrid”in gələcəyi gənclərin sayəsində əmin əllərdədir”,- Marselo deyib.

Marselo çıxışını edərkən göz yaşlarına hakim ola bilməyib.

2006/2007 mövsümündən kluba transfer olunan Marselo 25 kubokla Madrid klubunun tarixində ən çox kubok qazanan oyunçu olub.

//Nəzərbəy Hacıağayev, Editor.az