Martın son ongünlüyündə Bakıda FİFA mini-turniri keçiriləcək.
Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, martın 22-də başlayacaq turnirin oyunları Azərbaycan yığmasının Monqolustan yığması, Bolqarıstan yığmasının Tanzaniya yığması ilə oyunu ilə başlayacaq.
Üç gün sonra, martın 25-də Azərbaycan komandası Bolqarıstan komandası, Tanzaniya komandası isə Monqolustan komandası ilə qarşılaşacaq. Xatırladaq ki, FİFA seriyası Beynəlxalq Futbol Federasiyasının yeni layihəsidir, onun təqvimində mini-turnirlər rəsmi yoldaşlıq görüşlərini əvəz edib. Turnirlərdə müxtəlif konfederasiyaların milli komandaları iştirak edəcək.
//Samir Qurbanov, Editor.az

