Martin Hinteregger karyerasını başa vurdubackend

Martin Hinteregger karyerasını başa vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Bundesliqasında “Ayntraxt Frankfurt”un formasını geyinən 29 yaşlı Martin Hinteregger karyerasını başa vurub. Editor.az “Sporx” a istinadən xəbər verir ki, avstriyalı dayaq yarımmüdafiəçi ilə 2024-cü ilə qədər olan müqavilə xətm edilib. Bu barədə klubun rəsmi saytından bildirilib.

Martin Hinteregger klubda keçirəcəyi zamanı xoşbəxtliklə xatırlayacağını və hər zaman kluba minnətdar olacağını bildirib.

Qeyd edək ki, Hinteregger Almaniya klubunda ilə 3 il yarım ərzində 138 matça çıxıb və bu oyunlarda 14 qola imza atıb.

Son mövsümdə “Ayntraxt Frankfurt”un UEFA Avropa Liqasının qalibi olduğu heyətdə o da olub.

//Nəzərbəy, Editor.az