Masaj salonlarında “Şah-Mat” ƏMƏLİYYATI: 74 qadın “əsirlikdən” QURTARILDIbackend

Masaj salonlarında “Şah-Mat” ƏMƏLİYYATI: 74 qadın “əsirlikdən” QURTARILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə masaj salonlarında əməliyyat keçirilib.

Editor.az yerli mediaya istinadla bildirir ki, “Şah-Mat” adlı əməliyyatlar Konya şəhərində 10 müxtəlif ünvanda baş tutub. Nəticədə 28 şübhəli saxlanılıb, fahişəliyə məcbur edilən 74 qadın isə xilas olunub.

Məlumata görə, Konya prokurorluğunda açılan cinayət işi üzrə polis əməliyyatları keçirmək üçün 3 aylıq plan qurub. 3 aylıq kəşfiyyatdan sonra 90 dəstədən ibarət 239 polisin iştirakı ilə 10 fərqli ünvanda eyni anda əməliyyatlar başlayıb.