Masallıda iki avtomobil toqquşdu: Xəsarət alanlar varbackend

Masallıda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallıda iki avtomobil toqquşub, 7 nəfər xəsarət alıb.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, fevralın 19-da saat 14 radələrində Masallı rayonunun Binə Xocavar kəndi ərazisində rayonun Çaxırlı kənd sakini K.Təhməzovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Balakən rayon sakini N.İsmayılovun idarə etdiyi digər bir “Mercedes” markalı avtomobili toqquşub.

Qəza nəticəsində ümumilikdə 7 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.