Masallıda narkotacir ələ keçdi – FOTObackend

Masallıda narkotacir ələ keçdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallı sakinindən altı kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Eldəniz Mirzəyev saxlanılıb. Keçirilən baxış zamanı onun əlindəki çantadan 4 kiloqram 500 qram marixuana, bir kiloqram heroin, bir kiloqram metamfetamin aşkarlanaraq götürülüb. Araşdırmalarla narkokuryerliyə cəlb edilən E.Mirzəyevin ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilən həmin narkotik vasitə və psixotrop maddəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən olunub. Həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.