Masallıda tibb işçiləri maaşlarını ala bilmirbackend

Masallıda tibb işçiləri maaşlarını ala bilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaxın günlərdə bütün maaş ala bilməyən işçilərin maaşı ödəniləcək”.

Editor.az xəbər verir ki, bunu “RegionNews.az”a açıqlamasında Masallı rayon mərkəzi xəstəxananın baş həkimin əvəzedicisi Rasim Əzizov deyib.

O bildirib ki, həbs olunan baş həkimin istintaqı davam edir və bununla bağlı hələ ki, işlər davam etdirilir:

“Pandemiya ilə əlaqədar olaraq TƏBİB tərəfinin təsdiqləməsi gecikir. Amma yaxın günlərdə bütün işçilər əmək haklarını alacaqlar. Hətta, biz göstəriş vermişik ki, kartlara maaşların vurulması gecikməyə davam edərsə, o zaman nağd şəkildə, yəni əllə vermik şərti ilə ödənilsin”.

Qeyd edək ki, xəstəxananın baş həkimi Cəlil Nəzərov yanvarın 22-də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.