Masallıda toya gələn qonağın vəhşicəsinə döyülərək öldürülməsinin TƏFƏRRÜATIbackend

Masallıda toya gələn qonağın vəhşicəsinə döyülərək öldürülməsinin TƏFƏRRÜATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Cəlilabad sakininin Masallı rayonunda döyülərək qətlə yetirilməsinin təfərrüatı məlum olub.

Editor.az  xəbər verir ki, hadisə Masallı rayonunun Alvadı kəndində keçirilən toy məclisindən sonra baş verib.

Məlumata görə, rayonun Həziabad kənd sakini, 1984-cü il təvəllüdlü Qənbər Yusubov həmkəndliləri ilə birgə məclisdə spirtli içki qəbul edib.

Daha sonra naməlum səbəbdən həmkəndlilər arasında mübahisə düşüb. Nəticədə Qənbər Yusubov iki qardaş tərəfindən döyülüb.

Mərhumun bacısının dediklərinə görə, bir nəfər qardaşını vuraraq yıxıb:

“Qardaşım yıxılandan sonra qum torbasını onun başına vurublar. Üzü və gözləri şişmişdi, heç nə görmürdü. Xəstəxanada həkim nəzarətində qalmağını tapşırsam da, evə qayıtdı”.

Qeyd edək ki, döyülən şəxs Masallı Rayon Xəstəxanasına çatdırılıb. Ağır bədən xəsarətləri alan şəxs müalicədən imtina edərək evə qayıdıb. Bir neçə gün sonra vəziyyəti pisləşib. Daha sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qənbər Yusubov həkimlərin səylərinə baxmayaraq, xəstəxanada vəfat edib.

Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 22 yaşlı Babək Şahmarov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı Real TV-nin süjetində: