Masallının icra başçısı Qızılağac kənd bələdiyyəsi sədrinin əməllərinə niyə göz yumur?backend

Masallının icra başçısı Qızılağac kənd bələdiyyəsi sədrinin əməllərinə niyə göz yumur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallı rayon Qızılağac kənd sakinləri bələdiyyə sədri Məmmədov Şamil Abdulhüseyn oğlundan şikayətçidir.

 

Sakinlər bildiriblər ki, Şamil Məmmədov 1985-ci ildə Astara rayonunda Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq) maddəsi ilə ittiham edilərək 2 il müddətinə azadlıqdan məhrum edilib:

 

“Şamil Məmmədov 1989-cu ildə əxlaqsız hərəkətlər və terrorçuluq maddələri ilə yenidən həbs edilərək 5 il cəza alıb.

 

Onun növbəti cinayəti isə 1994-cü ildə baş tutub. Şamil Məmmədov bu dəfə, yəni 2002-ci ildə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini mənimsədiyi üçün 3 il müddətinə həbs edilib.

 

Ş.Məmmədovun növbəti qanunsuz addımı 10 illik həbs həyatı müddətində saxta diplom alması olub. O, 1976-ci ildə Krasnodar Politexnik İnstitutuna daxil olsa da, 1984-cü ildə Xalq Təsərrüafaı İnstitunun diplomunu alıb.

 

Şamil Məmmədov sonuncu həbsdən azad olduqdan sonra bir neçə il Bakıda müxalifət qüvvələrinə qoşulub.

 

Ancaq orada özünə yer tapa bilməyib Masallı rayon Qızılağac kəndinə qayıdıb və 2012-ci ildə Qızılağac kənd İcra nümayəndəsi təyin edilib. O, dərhal vəzifə səlahiyyətindən istifadə edərək saxta arayışlar tərtib edib və qeydiyyat kitabina qeyd etməyib.

 

Beləki 15.08.2012-ci ildə vəfat etmiş Ağabalayev Hüseyn Mərdan oğlunun adına 01.10.2013 və 30.09.2014-cü ildə saxta kart çıxarıb və 203.51 manat pulu mənimsəyib.

 

Bundan əlavə o, Bakı və Qızılağac kəndində yaşayan çox imkanlı adamların adına onların xəbəri olmadan 100-dən çox saxta arayışlar yazaraq pul kartlarını əldə etmiş və mənimsəmişdir.

 

Şamil Məmmədov 2014-cü ildə bələdiyyə seçkisində iştirak etmək üçün namizədlik sənədini doldurarkən özünün 3 dəfə həbsə düşüb 10 il cəza almasını qeyd etməyib. Bələdiyyəyə üzvləri və sonra İcra Hakimiyyəti tərəfindən Qızılağac kənd bələdiyyəsinin sədri təyin edilib.

 

Təyin edilən kimi qanunsuz əməllərini işə salmış və kənd əhalisinə məxsus 160 hektar örüş sahəsini “Azərsun” şirkətinə üzün müddətli olmaqla bir hektar torpaq üçün 200 yüz manat olmaqla müqavilə imzalayıb. 2014-2019-cü illər ərzində “Azərsun” Şirkəti tərəfindən 5 il üçün ödənilən pulun taleyi məlum deyil. 160 000 min manatın hara xərclədiyini soruşanda o, bildirib ki, mənim arxamda böyük adamlar var, hara istəyirsiniz, şikayət edin.

 

Ş.Məmmədov Dövlət Yol Polisinin Şamaxı yolunun komandiri Əbdüləli Səfərov üçün başqa bir adamın adına 12 hektar torpaq özəlləşdirib.

 

Şamil Məmmədov bununla kifayətlənməyib 16 nəfərə məxsus fermaların ətrafında olan 50 hektar örüş sahəsinin kənarını 2016-ci ildə kanal çəkib və fermerlərin mal-qarasını həmin sahəyə buraxmır. Həmin sahədə dövlətin texnikası vasitəsilə 33 hektar çəltiki Ş.Məmmədovun arxasında duran böyük məmurlar üçün əkib. Hər il həmin sahədən 80-100 tonlarla çəltik götürülür və rayon mərkəzinə daşınır. Bu qanunsuzluqlar barədə Masallı rayon İH-nın başçısına da müractət edilib.

 

Qızılağac bələdiyyəsinin balansında 32 hektar kəndin prespektiv inkişaftorpağı, 48 ehiyyat fond torpağı var. 32 hektar həyət yanı torpaq üçün ayrılan sahələr. Ş Məmmədov istədiyi adamlara heç bir sənəd verməməklə istədiyi qiymətə satıb.

 

Gələcək nəsillər üçün demək olar ki, torpaq qalmayıb. 48 hektar torpaq sahəşini isə heç bir müqavilə bağlamadan hər hektarını 250-300 manata satıb.

 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığı ilə regionlarda su problemlərini həll etmək öçün icra başçılarının balansına pullar köçürülür.

 

Ancaq Şamil Məmmədov əhalinin öz şəxsi hesabına çəkdirdiyi bir km uzunluğunda üstü izolyasiya edilmiş 220 mm diametrli dəmir boruları 2018-ci ildə çıxardıb, doğratdırıb satıb və pulları mənimsəyib.

 

Həmin boruların bir metrinin qiyməti qara bazarda 10-12 manatdır. Bundan əlavə o, 23 dekabr bələdiyyə seçkiləri axşamı polislərin seçki məntəqələri ətrafında olduğundan istifadə edərək yer qazan traktorla sahələri suvarmaq üçün çəkilmiş paslanmayan 40-50 ədəd turbaları qazıb çıxartmış və gecəikən aparıb satıb.

 

Hazırda Şamil Məmmədov tək başına fəaliyyət göstərir. 11 nəfər bələdiyyə üzvündən ikisi Bakı şəhərində yaşayır və işləyir, bir nəfər Lənkəran şəhərində yaşayır və işləyir, qalan bələdiyyə üzvləri heç otağın yerini tanımır. Bələdiyyə iclasları olmur, protokollar şablon üsulla yazılıb evlərdə imza atılır.

 

Əgər Qızılağac bələdiyyəsinin bu günə kimi olan mühasibatlıq sənədləri yoxlanılarsa, bütün pulların kimlərin ciblərinə getdiyini Şamil Məmmədov özü etiraf edəcək. Şamil Məmmədov bu əməllərini Masallı icra hakimiyyətinin rəhbərliyi və şöbə müdirləri ilə əlbir olaraq həyata keçirib.”

 

Musahibe.az

 

sakinler

 

belediye

 

boru

 

kennd

T