Masazırda 11 yaşlı uşaq bıçaqlandıbackend

Masazırda 11 yaşlı uşaq bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Editor.az xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Məmmədov Amin Rəvan oğlu kürək nahiyəsindən tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş, daxilə nüfuz etmiş bıçaq yarası aşkarlanıb. O, əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

//Report.az