“Maşına minəndə qollarımda qaldı”backend

“Maşına minəndə qollarımda qaldı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“21 yanvara keçən gecə saat 2-də həyat yoldaşım mənə dedi ki, yaxşı deyiləm, bacımı çağır, ğləcəyəm, birdən qorxarsan. Məni yuxu aparıb, o da bacısını çağırıb. Saat 5-də oyandım ki, bacısı bizdədir. Səhər Onkologiya Mərkəzinə gedib onun üçün araba gətirdim ki, onu aparım xəstəxanaya. Çünki yeriyə bilmirdi”.

Editor.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal instaqram hesabında yazıb. O, aktrisanın ölümündən bir gün əvvəl yaşadıqlarını bölüşüb:

“Evə gələndə dedi ki, çox paltar götürmə. Maşına minəndə qollarımda qaldı, minə bilmədi. Həmin gün həkim dedi ki, nəfəs ala bilmir, reanimasiyaya aparmalıyıq. Dedim ki, özünə deməyin. Deyin ki, o, otaq daha yaxşıdır.

Sevdiyim qadını-həyat yoldaşımı, Rəbbimin mənə yazısını, uşağımın anasını, öz əllərimlə reanimasiyaya apardım. Mənə deyəndə ki, niyə ağlayırsan? Cavab verdim ki, axı mən kobud adamam, heç vaxt ağlamaram. Güldü. Həkim dedi ki, aparata qoşuruq, çünki ciyərinin yarısı artıq məhv olub. Ürəyinin də 50 faizi işləmir. O gözəl xanım, yarım canı ilə yüz faizli ürəyi olan insanlardan daha qayğıkeş idi. Səhər tezdən zəng etdilər ki, qalxın yuxarı. Həkim xanımın dediyi sözlər hələ də qulağımdadır”.

Yəqin ki, özü oxusa, deyəcək, doğurdan da belə cümlə qurmuşdum. Dedi ki, səhər saat 10- da bir dəfə halı pisləşib, ürəyi dayandı, aparatla geri qaytardıq. Saat 11- də isə dünyasını dəyişdi. Xanımdan bir ümidlə xəbər gözləyirdim ki, hər şey yaxşıdır. Amma o, “Allah rəhmət etsin” dedi. Mən o sözü eşitdim, çox təəssüf, ay ömrüm, yəqin yenə dolub- daşır ürəyim!