Maşını həyətin girişində park edən sürücü yolu bağladı – VİDEObackend

Maşını həyətin girişində park edən sürücü yolu bağladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda maşını yaşayış binasının girişində saxlayan sürücü sakinlərin yolunu tamamilə bağlayıb.

Bununla bağlı bina sakinləri sosial şəbəkələrdə görüntülər paylaşıblar.

Sakinlərin çəkdiyi videodan görünür ki, 99-OE-963 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı avtomobil həyətin girişini tamamilə bağlayacaq formada park edilib.

Sürücünün bu addımı bina sakinləri üçün ciddi maneəyə səbəb olub.

Görüntüləri təqdim edirik: