Maşınların İçərişəhərə giriş-çıxışı məhdudlaşdırılırbackend

Maşınların İçərişəhərə giriş-çıxışı məhdudlaşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əziz Əliyev küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq 26 yanvar 2023-cü il tarixində Qoşa Qala qapılarından İçərişəhər ərazisinə nəqliyyat vasitələrinin giriş və çıxışı məhdudlaşdırılacaq.

Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

Bildirilir ki, qeyd olunan tarixdə Qoruq ərazisinə alternativ olaraq giriş və çıxış Neftçilər prospektindən nəzərdə tutulub.